"Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumat yalandır".
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Penitensiar Xidməti məlumat yayıb.
Xidmət qeyd edib ki, Mixeil Saakaşvilinin səhhəti stabildir və tibb işçilərinin daimi nəzarəti altındadır:"Baxmayaraq ki, Mixeil Saakaşvilinin hər hansı reanimasiya tədbirlərinə ehtiyacı yoxdur. Profilaktika üçün o, reanimasiyanın yanındakı palatadadır. Müəssisənin reanimasiya şöbəsi bütün zəruri müasir avadanlıqlarla, eləcə də bütün lazımi dərman preparatları ilə təchiz olunub. Lazım gələrsə, Mixeil Saakaşviliyə təxliyyə edilmədən dərhal müvafiq tibbi yardım göstəriləcək".
Xidmətdən qeyd olunub ki, yayılan məlumatlar ictimaiyyəti çaşdırmağa yönəlmiş informasiyalardır.