Azərbaycan Ordusunun daha bir bölüyü kurs və təlim keçmək üçün Türkiyəyə göndərilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin istehkam qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirdiyi təlimə qatılıblar.

Təlim Türkiyə ordusunun ikinci mühəndislik korpusu və on səkkizinci mexanikləşdirlmiş piyada briqadası tərəfindən keçirilib.

Təlimlər Çanaqqala əyalətinin Kavakköy və Gelibolu rayonlarında icra edilib.