Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq.
"Unikal" xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze müvafiq şayiələrə münasibət bildirərkən deyib.
“Agentlər antimilli söz-söhbətlərlə seçkilərə təsir göstərməyə çalışırlar ki, “Gürcü arzusu” Abxaziyanın və qondarma Cənubi Osetiyanın müstəqilliyini tanımaqla və ölkənin konfederal strukturuna keçməklə ölkəni birləşdirəcək”, - deyə o, Feysbukda yazıb.
“Heç bir tanınma və ya oxşar antimilli məsələlər nəzərdən keçirilmir, o cümlədən konfederasiyaya razılıq, bu da işğal olunmuş ərazilərin tanınması deməkdir”, Mdinaradze qeyd edib.