Dünyada ən çox maaş alan dövlət və hökumət başçıları açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb.
Ən çox maaş alan hökumət başçısı Sinqapurun baş naziri Lourens Vonq olub. Onun illik maaşı təqribən 1,69 milyon dollar təşkil edir.
Digər dövlət başçılarının maaşlar aşağıdakı kimidir:
İsveçrə Prezidenti Viola Amherd - 569,5 min dollar;
Avstraliya baş naziri Entoni Albaniz - 412,5 min dollar
ABŞ Prezidenti Co Bayden - 400 min dollar
Avstriya kansleri Karl Nehammer - 316,7 min dollar;
Yeni Zelandiya baş naziri Kristofer Lakson - 310,5 min dollar.
Efiopiyanın baş naziri Abiy Əhməd Əli ildə ən az qazanan dövlət başçısıdır (1,7 min dollar). Moldova, Serbiya, Qazaxıstan, Kamerun, Mavritaniya, Nepal və Səudiyyə Ərəbistanı liderlərinin hazırkı gəlirlərini öyrənmək mümkün olmayıb.
Rusiya Prezidenti Vladimir Putinin illik maaşı 113,6 min dollardır (10,2 milyon rubl). 2024-cü il prezident seçkiləri öncəsi Rusiya prezidenti MSK-ya 2017-2022-ci illər arasında 67,5 milyon rubl qazandığı barədə bəyannamə təqdim edib. Bu məbləğə əmək haqqı, pensiyalar, həmçinin bank depozitləri, qiymətli kağızlar və əmlakın satışından əldə edilən gəlirlər daxildir.