İran Mülki Aviasiya Təşkilatı ölkə ərazisindəki bütün aeroportlardan uçuşları 6 oktyabr saat 21.00-dan 7 oktyabr saat 06.00-a qədər ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə İSNA İran Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat məhdudiyyətləri ilə əlaqədar olaraq, ölkənin hava limanlarından uçuşlar bu gün saat 21:00-dan sabah saat 06:00-a qədər ləğv ediləcək.