Metronun “Nərimanov” stansiyasında aktiv koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyev Şərəf saxlanılıb.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.