Separatçıların nəzarətində olan Donbas bölgəsində istehsal olunan məhsulların Rusiya bazarında Rusiya məhsulları ilə bərabər statusa malik olmasını şərtləndirən fərmanla bağlı Ukrayna Rusiyaya etiraz notası göndərib.
Unikal.org xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Donbasdakı addımı ilə bağlı açıqlama verib.
Ukrayna Donbas bölgəsində istehsal olunan məhsulların Rusiya bazarında Rusiya məhsulları ilə ekvivalent statusa malik olmasını nəzərdə tutan fərmanı Ukraynanın daxili işlərinə müdaxilə və qanunların pozulması kimi qiymətləndirib.