Əfqanıstanın paytaxtı Kabildə iki partlayış baş verib.

"Unikal" xəbər verir ki, partlayışlardan biri Kabilin şiələrin məskunlaşdığı Deşti Barçi bölgəsində qeydə  alınıb. İnsident  nəticəsində 1 mülki vətəndaş ölüb, 6 mülki vətəndaş isə ağır yaralanıb. 

Digər partlayışın isə Karte bölgəsində baş verdiyi bildirilib. 

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi  məlum  deyil. Araşdırmalar aparılır.