ABŞ Prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb.
"Unikal" xəbər verir ki, bu barədə "FiveThirtyEight" veb saytının keçirdiyi sorğunun nəticələrində deyilir.
Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarının 51,7 faizi dəstəkləmir. Bu, C.Bayden üçün yeni minimum göstəricidir.
Onu dəstəkləyən amerikalıların faiz nisbəti isə 20-dir.
Qeyd edək ki, Cozef Bayden 2021-ci ilin yanvarından ABŞ Prezidenti vəzifəsini icra edir. Əvvəlcə onun antireytinqi 35%-dən aşağı idi, lakin avqustun sonundan bu rəqəm artmağa başlayıb.
Donald Trampın antireytinqi prezidentliyinin birinci ili 55,5%, Barak Obamanınkı isə 44% olub.