Həbsxanada olan və 48 gündür aclıq aksiyası keçirən Mixail Saakaşvilinin vəziyyətinin ağır olduğu bildirilir.
"Unikal" xəbər verir ki, xalq müdafiəçisi Nino Lomjaria tərəfindən yaradılmış mütəxəssis həkimlər qrupu paytaxt Tbilisidəki 18-ci Qldani həbsxanasına baş çəkib və Saakaşvilinin vəziyyətinin ağır olduğunu açıqlayıblar.
Açıqlamada bildirilir ki, Saakaşvili təcili olaraq ümumi xəstəxananın reanimasiya şöbəsinə köçürülməlidir.
Gülayə Mecid