“Microsoft”un yaradıcısı Bill Qeyts bəyan edib ki, gələn ilin yayında koronavirus daha az təhlükəli olacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qeyts bu barədə iqtisadi forumda pandemiyanın mümkün inkişafı ssenarisi barədə danışarkən deyib.
"Yeni ştammlar ortaya çıxmasa, - bunu heç vaxt istisna etmək olmaz - , rəqəmlər mövsümi qripin göstəricilərindən də aşağı düşə bilər",- Qeyts əlavə edib.
Bill Qeyts, həmçinin qeyd edib ki, koronavirus infeksiyası və qripə yoluxmanın, ölüm hallarının azalması iqtisadiyyatın tam bərpası üçün siqnal olacaq.