Çində yeni növ koronovirus əleyhinə yeni peyvənd təqdim edilib.
"Unikal" xəbər verir ki, sözügedən vaksin digərlərindən fərqli olaraq hava ilə qəbul edilir. Belə ki, xüsusi aparatdan müəyyən olunmuş stəkana çilənən məhlul 10 saniyə nəfəs almaqla qəbul edilir. Vaksinin 28 gün sonra 2-ci dozası vurula bilər.
Çin şirkəti tərəfindən hazırlanan vaksin noyabrın 12-də Hainan Beynəlxalq Sağlamlıq Sənayesi Sərgisində təqdim edilib.
Peyvəndin yaradıcıları isə Çen Vei və CanSinodur.
Bildirilib ki, hazırda 2-ci faza tədqiqatlarında olan vaksinin ilk klinik sınaqlarında ciddi yan təsirlər müşahidə edilməyib.
Ağarza Elçinoğlu