Türkiyədə baş verə biləcək meşə yanğınlarının qarşısının alınmasında dustaqlardan istifadə ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Ədliyyə naziri Abdülhemit Gül ilə kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli arasında protokol imzalanıb.
Protokol məhkumların reabilitasiya məqsədilə meşə təsərrüfatı fəaliyyətinə cəlb edilməsinə dair əməkdaşlıq adlanır.
Hazırda meşə yanğınlarına müdaxilə edən 21 min meşə işçisi və 14 min meşə könüllüsünün olduğunu bildirən nazir Pakdemirli, bu rəqəmi maya qədər 100 minə çatdırmağı hədəflədiklərini bildirib.
Qeyd olunub ki, bu, həm də məhkumların müəyyən əmək bacarıqlarına müsbət təsir edəcək.
Ağarza Elçinoğlu