Quba Rayon Polis Şöbəsinin növbətçi hissəsinə rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, hadisə yerinə gedən polis əməkdaşları Quba-Qusar yolunun sol tərəfində yerləşən gölün kənarından ağ polietilen kisəyə bükülən 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər.
Bundan əlavə, polis əməkdaşları tərəfindən rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi də aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.