Türkiyənin Tekirdağ bölgəsi Təhlükəsizlik Bölməsi yeni il öncəsi saxta spirtli içkilərə qarşı irihəcmli əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, əməliyyat zamanı 1 ton 270 litr saxta içki ələ keçirilib.
Bildirilib ki, Süleymanpaşa və Çorlu rayonlarında keçirilən əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı 1 ton 270 litr, əlavə olaraq 59 butulka saxta spirtli içki, saxta içkilərin istehsalında istifadə edilən 2 futbur və qazan aşkar edilərək götürülüb.
Əməliyyat nəticəsində 3 şübhəli nəzarətə götürülüb.
Ağarza Elçinoğlu