Dekabrın 19-da Avstraliyanın şərq sahillərində yüngül mühərrikli təyyarə suya düşüb.
"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, qəza nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub.
69 yaşlı pilotun üç sərnişini (bir kişi və iki uşaq) gəzintiyə çıxardığı bildirilir. Təyyarə havaya qalxdıqdan az sonra Brisben şəhərinin şimal-şərqindəki bataqlıq əraziyə düşüb.
Polis həlak olanların şəxsiyyətini müəyyənləşdirir.
Ağarza Elçinoğlu