Nigeriyanın şimal-qərbində quldurlar tərəfindən azı 20 nəfər öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Kaduna ştatının təhlükəsizlik və daxili işlər naziri Samuel Aruvan məlumat verib.
Belə ki, silahlı şəxslər İdasu bölgəsindəki üç kəndə hücum edib və azı 20 mülki şəxsi qətlə yetirib.
S. Aruvanın dediyinə görə, quldurlar evləri, kənd təsərrüfatı texnikasını qarət edərək yandırıblar.
Faktla bağlı istintaq başlayıb. Yaşayış məntəqələrini və onların sakinlərini qorumaq üçün bölgəyə təhlükəsizlik qüvvələrinin əlavə hissələri göndərilib.
Ardıcıl üçüncü ildir ki, Nigeriyada dinc əhaliyə qarşı dəstə hücumlarının əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Cinayətkarlar insanları öldürür, pul üçün girov götürür, mal-qaranı oğurlayır, sakinləri qorxudurlar.