Belçikanın paytaxtı Brüsseldə minlərlə insan yeni növ koronavirus (COVID-19) qadağalarına qarşı yenidən etiraz edib.
"Unikal" xəbər verir ki, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb.
Aksiyaçılar koronavirusla bağlı qadağaların fundamental hüquqlara zidd olduğunu bildiriblər.
Polis şüşə butulka, daş və qutu kimi əşyalar atan qrupa qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.
Polis 13 nümayişçinin saxlanıldığını açıqlayıb.