ABŞ-ın sabiq prezidenti Donald Tramp "Fox News"a müsahibəsi zamanı Çin lideri Si Cinpinlə ilə münasibətindən danışıb.

"Unikal" xəbər verir ki, Tramp Çin lideri ilə əla münasibətlərə malik olduğunu qeyd edib.

ABŞ-ın 45-ci prezidenti ÇXR liderini qatil hesab edir.

“Mənim prezident Si ilə əla münasibətim var idi. Mən həqiqətən onu bəyəndiyimi düşünürəm və ondan xoşum gəlir", - deyə o qeyd edib.

Bu bəyanatdan sonra jurnalist Trampın sözünü kəsərək “O qatildir” deyib. Cavabında 45-ci prezident də bildirib ki, öz Sini qatil hesab edir: “O, qatildir, amma mənim onunla əla münasibətim olub".