Fici sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) verdiyi açıqlamada zəlzələnin Ficinin Labasa şəhərindən 88 kilometr qərbdə və 40 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Hələlik zəlzələ nəticəsində can və ya mal itkisi qeydə alınmayıb.