Türkiyənin İstanbul şəhərində azərbaycanlı qətl törədib.
"Unikal" xəbər verir ki, 23 yaşlı Yasin Semih Demirok sevgilisinin “Instagram” hesabında saç ustası Nəbi B.-nin adını axtarışa verdiyini görüb.
Bu zaman sevgilisi ilə dalaşan Y.S.Demirok azərbaycanlı Nəbi B. ilə mesajlaşaraq ona görüş təyin edib.
Y.S.Demirok Nəbi B. ilə bir müddət mübahisə edib. Bundan sonra Nəbi B. tapança ilə Y.S.Demirokun sinəsindən atəş açaraq qaçıb.
Bütün müdaxilələrə baxmayaraq, Y.S.Demirokun həyatını xilas etmək mümkün olmayıb və o aparıldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma başlayıb. Polis Nəbi B.-ni axtarır.