Rusiyada son bir gündə daha 25 907 nəfərə COVID-19 diaqnozu qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 267 719 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 027 nəfər artaraq 299 249-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 055 199 nəfər sağalıb.