İranda ötən sutka ərzində 2 413 nəfər koronavirusa (COVID-19) yoluxub, 43 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 167 nəfərə, yoluxanların sayı isə 6 175 782 nəfərə çatıb. Virus daşıyıcılarından 2 835 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 012 695 nəfər koronavirusdan sağalıb, 40,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 114 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4,36 milyon təşkil edir.