Türkiyə Prezidenti Prezident Rəcəb Tayyip Ərdoğan Almaniyanın yeni kansleri Olaf Şoltsla telefonla danışıb.
"Unikal" xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, telefon söhbətində Prezident Ərdoğan yeni vəzifəyə başlaması və andiçmə mərasimi münasibətilə münasibəti ilə Olaf Şoltsu təbrik edib.
Telefon söhbətində Türkiyə-Almaniya əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.
Yeni mərhələdə iki ölkə arasında sağlam əlaqələrin və strateji baxışın hakim olacağına inandığını ifadə edən prezident Ərdoğan yaxın koordinasiya və müntəzəm təmasların faydalı olacağını vurğulayıb.
Prezident Ərdoğan həmçinin Türkiyə-Avropa İttifaqı münasibətlərinin üzvlük perspektivinə əsaslanan müsbət gündəm çərçivəsində yaxşılaşdırılmasının vacibliyini bildirib.