Bərdədə 37 yaşlı qadın dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, Bərdə rayon Füzuli küçəsində yaşayan 1984-cü il təvəllüdlü Vəliyeva Sənubər Nizami qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Yaxınları tərəfindən huşsuz vəziyyətdə aşkar olunan qadın hadisə yerinə çağrılan Təcili Tibb Yardım birqadasının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə vəziyyəti orta-ağırdır.
Həsən Adıgözəlov