Mingəçevirdə yük avtomobili avtobusla toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə səhər saatlarında, şəhərin Gəncə şossesində baş verib. Belə ki, "Shacman" markalı yük maşını "Daewoo" markalı avtobusu vurub.

Qəza nəticəsində  müxtəlif bədən xəsarətləri alan yük avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib. Avtobusda olan bir neçə sərnişinə isə tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı