Bərdədə karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində pozuntu halının baş verdiyi toy məclisi müəyyən edilib.
Yoxlamalar zamanı rayonun Dəymədağlı kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində karantin rejiminin tələblərinin pozulduğu aşkar edilib.
Ev sahibi və toyda iştirak edən bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.