Ağstafa rayon sakini dəm qazından boğularaq ölüb.

"Unikal" xəbər verir ki, hadisə Xılxına kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Hürnisə Məmmədəliyeva yaşadığı evdə dəm qazından boğulub.

Faktla bağlı cinayət işi başlanılıb.