Bakıda 67 nömrəli tam orta məktəbin şagirdi Xanım Yavər qızı Mirzəli dəm qazından boğularaq vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə məktəb məlumat yayıb. Məktəblinin yaşadığı evdə ötən gün dəm qazından boğulduğu bildirilib.
X. Mirzəli təhsil müəssisəsinin 10-cu sinfində təhsil alıb.