İmişli rayonunun Sarıxanlı kəndində həyətyanı sahədə yığılan 20 ton ot bağlamasının 2 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Unikal"a verilən məlumata görə, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.