Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.