Goranboy rayonunun Qızılhacılı qəsəbəsində “VAZ” markalı minik avtomobili və “Belarus” markalı traktor toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.