Bu il 10 yerli təhsili idarəetmə orqanına yeni təyinatlar aparılıb.

Bu barədə "Unikal"a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aparılmış monitorinqlərin nəticəsinə əsasən, 13 Rayon Təhsil Şöbəsinin müdiri, 12 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 138 məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülüb, 9 yerli təhsili idarəetmə orqanının rəhbəri, 1 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 24 məktəb direktoru tutduğu vəzifədən azad edilib.