Bakıda 19 yaşlı qız itkin düşüb.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, Xəzər rayon sakini Samir Məmmədov Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək qızı 2003-cü il təvəllüdlü Fidan Məmmədovanın yaşadığı evdən çıxıb və bir daha qayıtmadığı barədə məlumat verib.
Məlumata görə, F.Məmmədova arıq bədən quruluşludur, boyu 160 santimetrdir. Gözləri şabalıdı, saçları isə uzun və qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində çəhrayı köynək, qara rəngli cins şalvar və ağ idman ayaqqabısı olub.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə (012) 456-03-02, (012) 590-72-03 və (050) 222-82-80, (055) 211-81-74, (051) 571-03-71 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.