Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, yolun hərəkət istiqamətində olan “QAZel” markalı yük avtomobili betona çırpılıb.
Qəza nəticəsində bir nəfər ölüb. Onun meyitinin avtomobildən çıxarılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.