Gəncə şəhərinin Kəpəz rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
“Unikal” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Məmmədova Qəndab Xosrov qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.