Tovuzda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Ələsgər Ələkbərov və 1992-ci il təvəllüdlü Orxan Hüseynovu vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə vaxtı hər iki şəxs sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.