Hazırda "Aziz" serialında "Efnan" obrazına həyat verən aktrisa Simay Barlas koronavirusa yoluxub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən ekran işinin çəkilişləri təxirə düşüb.

Çəkiliş heyətində olan aktyorlar və kadrarxası işçilər yenidən test verməli olublar.

Qeyd edək ki, Simay serialda baş rolu Murad Yıldırımla paylaşır.