Abşeron rayonunda 3 nəfər dəm qazından zəhərlənib.
"Unikal" report-a istinadən xəbər verir ki, Masazır qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Muradxanlı Günel Elxan qızı, Fatmayi qəsəbəsində 1992-ci il təvəllüdlü Abiyeva Nişanə Səxavət qızı və Xırdalan şəhərində 1998-ci il təvəllüdlü Əliyeva Nurudə Əsəd qızı dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.