İsmayıllı rayonunun Quşencə kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.