Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub.
Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanuna müvafiq tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.