Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 334 005 099 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 554 646 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 67 589 830 nəfərə çatıb, 853 955 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 37 804 933 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 487 065 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 23 229 851 nəfər virusa yoluxub, onlardan 621 803 nəfəri ölüb.