İran prezidenti İbrahim Rəisi Rusiyaya rəsmi səfəri çərçivəsində bu gün Moskvaya gəlib.
"Unikal" xəbər verir ki, bu barədə İran rəsmiləri məlumat verib.
"Rusiyalı həmkarının (Vladimir Putinin) rəsmi dəvəti ilə iqtisadi, siyasi və mədəni əməkdaşlığı inkişaf etdirmək üçün Rusiyaya gedən Rəisi bir neçə dəqiqə əvvəl Moskva hava limanına gəlib”, - İran hökumətinin bəyanatında deyilir.
Putin-Rəisi danışıqları bu günə planlaşdırılıb, sabah İran prezidenti Rusiya Dövlət Duması və Moskva Katedralında çıxış edəcək.
Ağarza Elçinoğlu