İranın BMT-yə üzvlük haqqı ilə bağlı yaranan borcunu Cənubi Koreya hökuməti ödəyib.
"Unikal" xəbər verir ki, bu barədə məlumat Cənubi Koreyanın Plan və Maliyyə Nazirliyinin saytında yerləşdirilib.
Bildirilib ki, Cənubi Koreya hökuməti ABŞ-ın Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon ABŞ dolları məbləğində BMT-yə üzvlük haqqının ödənilməsini başa çatdırıb.
Qeyd edək ki, ödəniş İranın ABŞ-ın sanksiyaları ilə əlaqədar Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına həyata keçirilib.