Slovakiyanın hərbi kəşfiyyatının keçmiş rəisi general-mayor Peter Buçkun cəsədi Bratislavanın Devin rayonunda aşkar edilib
"Unikal"-ın JOJ televiziyasına istinadla xəbərinə görə, polis zorakı ölüm ehtimalını araşdırır.
1998-1999-cu illərdə hərbi kəşfiyyata rəhbərlik etmiş generalın cəsədi Devin rayonundakı karxananın yaxınlığında tapılıb. Hadisə yerinə xüsusi işlər üzrə prokuror və müstəntiqlər gəlib. İstintaq qətl versiyasını araşdırır.
General son illərdə bəzi şirkətlərdə məsləhətçi kimi çalışıb.