Salyan şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və mebel 0,5 m² sahədə yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.