İranın Şiraz, Ərak və Tehran şəhərlərində son 1 həftədə 16 nəfər edam edilib.
Unikal.org-un “RadioFarda”ya istinadən məlumatına görə, edam edilənlər narkotik maddələrin qaçaqmalçılığında və qadınlara təcavüz etməkdə təqsirləndirilib.
Şirazda 12 nəfər, Ərakda 3 nəfər, Tehranda isə 1 nəfər edam edilib. Şiraz İnqilab Məhkəməsinin rəsmi saytı 8 nəfər edam edilənlərdən birinin qadın olduğunu yazıb. Fars vilayətinin prokurorunun müavini Əli Əlqasi isə bildirib ki, Fars vilayətində yaxın günlərdə narkotik maddələrin qaçaqmalçılığında və təcavüzdə təqsirləndirilən 24 nəfər edam ediləcək.