Paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən 99-RU-039 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Səbail RPİ DYPŞ tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib.
DİN Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, avtomobil idarə etmək üçün müvafiq hüququ olmayan sürücü Nihad Hüseynov aktiv koronavirus xəstəsidir.
N.Hüseynov aidiyyəti üzrə təhvil verilib.
Səbail RPİ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.