Bakının Yasamal rayonunda azyaşlıya işgəncə verən dayə barədə polisə şikayət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, azyaşlının valideynindən müvafiq polis orqanına şikayət daxil olub. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.