“2021-ci ilin sonlarına qədər daimi Gəncədə yaşayırdım. İndi daha çox Bakıda qalıram. Həftədə, on gündə bir Gəncəyə gedirəm”.
"Unikal" xəbər verir ki, bunu deputat Naqif Həmzəyev İTV-də verilişdə qonaq olarkən deyib. O bildirib ki, Bakıda ev sahibi olduqdan sonra kirayə pulu almağı dayandıracaq:
“Hazırda faktiki olaraq adıma ev yoxdur. Bu problem öz həllini tapdıqdan sonra mən də kirayə pulu almağı dayandıracam. Hazırda kirayədə yaşayıram”.
Qeyd edək ki, Bakıda mənzili olmayan deputatlara kirayə pulunun verilməsi məsələsinə 2000-ci ilin əvvəllərindən başlanılıb. 2006-cı ildən etibarən bu məbləğ 220 manat həcmində qəbul edilib. Son 15 il ərzində bu rəqəm dəyişməyərək olduğu kimi qalıb.